Anar Bayramlı

RXAI / CREW

Anar Bayramlı

FOTOQRAF · Bakı · 7 il təcrübə

Mən Anar Bayramlı. Tədbir, idman, avtomobil və sənədli fotoqrafiya sahələrində çalışıram. İllər ərzində Formula 1, COP29, UNDP və WHO kimi beynəlxalq layihələrlə yanaşı, müxtəlif idman yarışları, konsertlər və kommersiya çəkilişlərində iştirak etmişəm. Portfoliomda Formula 1 Azerbaijan və Monaco Grand Prix, Imagine Dragons konserti, Red Bull və Bugatti Tourbillon kimi layihələr yer alır. Mənim üçün fotoqrafiya sadəcə anı qeydə almaq deyil - həmin anın atmosferini, emosiyasını və xarakterini vizual hekayəyə çevirməkdir. İşimdə təbiiliyi qorumağa, detallara diqqət etməyə və hər layihənin öz vizual dilini tapmağa çalışıram. 2021-ci ildə Dövlət Turizm Agentliyi və Medianın İnkişafı Agentliyinin təşkil etdiyi foto müsabiqəsində birinci yerə layiq görülmüşəm, 2023-cü ildə isə Azərbaycan Fotoqraflar Birliyinin “ÜMİD” mükafatını almışam.

Bu mütəxəssislə işləmək istəyirəm

Müraciət rezervasiya deyil. RXAI uyğunluğu, iş həcmini və layihə qiymətini səninlə dəqiqləşdirir.